Almaniya 65 min qaçqını deport edə bilməyib

26-03-2018, 21:24           

Almaniya 65 min qaçqını deportasiya edə bilməyib. AzEuroNews.com xəbər verir ki, onlar Almaniyadan sığınacaq istəyən və neqativ cavab alan qaçqınlardır. Məhkəmə onların barəsində ölkədən çıxarılmaları ilə bağlı qərar versə də, yetərli sənədlərin toplanmaması səbəbindən deportasiya gerçəkləşə bilməyib.

Əldə etdiyimiz məlumatda qeyd olunur ki, deport edilə bilməyən qaçqınlar əsasən Əfqanıstan, Pakistan və Rusiya Federasiyasından gələnlərdir. Onların kimlik bilgiləri doğru olmadığından lazımı sənədlər toplana bilməyib. Almaniya Federal Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, sözügedən ölkələrin səfirlikləri işbirliyindən sanki imtina ediblər. Onlar vətəndaşları ilə bağlı sənədlərin hazırlanmasında maraqlı deyillər. Eyni zamanda səfirliklər nazirliyin sorğularına ya cavab vermir, ya da gec cavab verirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.