Tramp Kanadanın baş naziri ilə rus diplomatlarının qovulmasını müzakirə edib

27-03-2018, 08:01           
Tramp Kanadanın baş naziri ilə rus diplomatlarının qovulmasını müzakirə edib
ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Tryudo ilə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızının zəhərlənməsina cavab olaraq rus diplomatlarının qovulmasını müzakirə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat ximəti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya bu davranışı ilə bütün dünyada sabitliyi pozan fəaliyyətini nümayiş etdirib.

Martın 26-da ABŞ Rusiyanın 60 diplomatının ölkədən çıxarıldığını bildirib. Onlardan 46-ı Vaşinqtondakı səfirliyin işçisi, 2-i Nyu-Yorkdakı baş konsulluğun nümayəndəsi, daha 12-i isə BMT yanındakı daimi nümayəndəliyin əməkdaşlarıdır.

ABŞ həmçinin Sietldəki baş konsulluğun bağlandığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru