Nadanlıqmı, namərdlikmi? - Musa Urud yazır

29-03-2018, 21:17           

Millət vəkili Musa Urud bu gün onun adından verilmiş müsahibəyə öz profilində aydınlıq gətirib. teref.az olaraq Musa Urudun statusunu sizlərə təqdim edirik.
Musa bəy yazır:
Ha dedim, cavab verməyim, ötüb keçər, yəqin sadəcə yalınş anlaşılmadır, olmadı. Aiıəsindən başqa tanınıb oxunmayan saytlardan tutmuş sosial şəbəkə qeybətçilərinədək, millətin bir yaralı barmağına məlhəm olacaq qədər dəyəri olmayan vətənşivənlərədək hamısı ağız- ağıza verib mənim təhrif olunmuş, kontekstdən çıxarılmış bir fikrimi çeynəməklə məşğuldular. Fikir söykəmək də, onu müzakirə etmək də qəbahət deyil. Amma bu müzakirə deyil axı, söyməkdir, təhqir etməkdir. Belə şeylərə ehtiyac yoxdur.Bu cür davraniş milli mənəviyyatımızı dağıtmaqdır.
Gəliirəm məsələnin məğzinə: Jurnalist zəng vurub açıqlama istəyir. (Vicdanli yazarlar hamısı etiraf edər ki, mən həmişə mətbuata açıq olmuşam. İqtidar, bitərəf, müxalif mpvqeyindən asılı olmayaraq bütün jurnalistlərə sahəm üzrə müsahibələr, açıqlamalar vermişəm. Zatən millət vəkilinin bir işi də budur)
Sabunçu rayonu ərazisində yol/qəza hadisəsi ilə bağlı jurnalist xanım məndən soruşub ki, Əmək məcəlləsində bəzi vəzifələlərə 65 yaş məhdudiyyəti qoyulduğu halda, pensiya yaşında olan qadına niyə süpügəçi işləmək qadagan olunmur. Mən də qanunu şərh edərək bildirmişəm ki, büdcədən maliyyələşən bəzi təşkilatlarda çalışan peşə sahibləri- müəllimlər, həkimlər, mədəniyyət işçiləri, mühəndislər və s. İstisna olmaqla digər peşələrdə işləmək üçün yaş məhdudiyyəti qoyulmur. Xüsusən təmizlik sahəsi, iaşə , xidmət sektoru, yaşıllaşdırma, fəhlə və s. kimi xüsusi ixtisas tələb etməyən və əmək bazarında ciddi rəqabıt olmayan sahələrdə yaş məhdudiyyəti yoxdur. Pensiyaya çıxdıqdan sonra da əgər sağmamlığı imkan verirsə bu şəxslər öz işlərində qalıb işləyə bilərlər. Əgər pensiyaya çıxmaq istəyirlərsə onları heç kəs məcburi işlədə bilməz.
Hələ jurnalist qızımıza onu da söyləmişəm ki belə qəzalar hər yerdə olur və hər kəsin başına gələ bilər. Biz müzakirələrimizdə əsas diqqəti əmək təhlükəsizliyi və yol- hərəkət qaydalarına rəayət etməyin vacibliyinə yönəıtməliyik!
Əziz fb dostlarım,və dost adlı namərd adamlar! Vicdanla söyləyin: mənim bu açıqlamamda qanundan, etikadan kənar nə varki, hər kəs kor baltaslnı götürüb üstümə qıcanır?
Bu düşüncə ilə, bu mədəniyyətlə, bu savadsızlıqla biz hara geririk? Fəlsəfə institutunun bir elmi işçisi isə lap gül vurub: Musa Quliyevin mandatı əlindən alınmalıdır. Ay sənin savadına xoruz kəsim! Bir Konstitusiyanı aç oxu da, alim oğlum, dediyi sözə görə mandatmı alınar deputatdan? Bu da Akademiya!
Bu əlibaltalı nadanlar da axı mənim millətimdir? Lap tutaq ki, səhv eləmişəm, sizin ürəyiniz istəyəni deməmişəm, buna görə adamı təhqir eləyərlərmi? Axı müsahibənin lap kontekstdən çıxarılmış mətnini də oxumamısınız, bir başlığa görə adamın başını qoparıb yeyərlərmi? Bu münasibətə nə ad vverək: nadanlıqmı, namərdlikmi?
Siz heç olmazsa balalarınıza da belə tərbiyə və öyüd veməyin. Allah hamımızın yardımçısı olsun!!!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.