“ABŞ bunu edərsə...” – Moskvadan dünyaya çağırış kimi BƏYANAT

30-03-2018, 00:10           
“ABŞ bunu edərsə...” – Moskvadan dünyaya çağırış kimi BƏYANAT
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədrinin 1-ci müavini Vladimir Cabarov “Skripal işi” ilə əlaqədar Rusiyanın ABŞ-dakı aktivlərinin mümkün həbsini şərh edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, senatorun sözlərinə görə, bu, beynəlxalq investorların ABŞ-dan kütləvi axınına gətirib çıxaracaq.

“İlk növbədə Çin və başqa ölkələrin investorları ABŞ-ı tərk edəcək. Rusiya aktivlərinin həbsi dəqiq siqnal olacaq ki, Amerika iqtisadiyyatına pul qoymaq təhlükəlidir və şəxsi kapital orada heç bir qanunla qorunmur”, - Cabarov bildirib.

Onun sözlərinə görə, Rusiya aktivlərinin mümkün həbsi silahlı hücumla müqayisə ediləcək.

“Bu, əsl soyğundur. Quldurlar belə hərəkət edirlər: hücum edirlər və əmlakı ələ keçirirlər”, - senator deyib.

Daha əvvəl ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman “Skripal işi”nə görə Rusiyanın ABŞ-dakı aktivlərinin həbsi imkanını istisna etməyib.

Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib. Bir çox ölkə Britaniya ilə həmrəylik nümayiş etdirərək Rusiya diplomatlarının deportasiyası haqqında qərar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru