Tramp Putinə ABŞ-ın silahlanma yarışında Rusiyaya qalib gələcəyini bildirib

30-03-2018, 08:41           
Tramp Putinə ABŞ-ın silahlanma yarışında Rusiyaya qalib gələcəyini bildirib
ABŞ prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığında Kremlin rəhbərinə Moskvanın Vaşinqtonla silahlanma yarışına çıxacağı təqdirdə Birləşmiş Ştatların rəqibinə qalib gələcəyini bildirib.

"Report"un məlumatına görə, bu barədə "NBC News" xəbər verib.

"Əgər siz yenidən silahlanma yarışına başlamaq istəyirsinizsə, biz bunu təşkil edə bilərik, lakin yarışı mən udacam", - deyə telekanal prezidentdən sitat gətirib.

Telefon danışığında Amerika lideri Moskva ilə münasibətlərin gərginləşməsinə işarə etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru