Polis: Texasdakı partlayışların təşkilatçısı terrorçu idi

30-03-2018, 08:49           
Polis: Texasdakı partlayışların təşkilatçısı terrorçu idi
ABŞ-ın Texas ştatında silsilə partlayışlar törədən Mark Entoni Konditt Birləşmiş Ştatların hüquq-mühafizə orqanları tərəfindən terrorçu kimi tanınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Ostin şəhərinin polis rəisi Brayan Menli bildirib ki, onun cinayətləri terrora əsaslanır. "Onun bizim cəmiyyətə etdiklərinə əsaslanaraq deyə bilərəm ki, o, (Konditt) terrorçu idi", - deyə Menli vurğulayıb.

Polis rəisi izah edib ki, hakimiyyət orqanları araşdırmanın başlanğıcında gənclə bağlı son dərəcə ehtiyatlı olublar. Bu ABŞ-ın qanunlarının xüsusiyyəti ilə şərtlənir. Hansılar ki, yalnız siyasi motiv olduğu halda cinayət aktı terrorizm adlandırılır.

Polisin rəsmisinin sözlərinə görə, Kondittin 28 dəqiqəlik audioyazısında terroru və ya nifrəti göstərən heç nə əks olunmayıb.

Qeyd edək ki, Mark Entoni yaxalanma zamanı özünü öldürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru