Qulini söydü və güllələndi: avtoritet haqda şok fakt – Video

30-03-2018, 16:24           
Qulini söydü və güllələndi: avtoritet haqda şok fakt – Video

Xəbər verdiyimiz kimi, bu gün Fransanın Tuluza şəhərində yaşayan azərbaycanlı Rahim Namazov (Şəkinski) güllələnib.

Minval.info-nun məlumatına görə, Fransa mediası kriminal avtoriteti jurnalist kimi qələmə verib. Buna səbəb isə Rəhim Şəkinskinin bir neçə il öncə Fransadan jurnalist kimi mühacir statusu almasıdır. Buna görə də Fransa mediası bu hadisəni “azərbaycanlı jurnalist güllələndi” başlığı ilə yayımlayıb.

Jurnalist Elçin Əlioğlu da bu məsələylə toxunub və həmin şəxsin jurnalist olmadığını deyib: “Fransada Rahim Namazov adlı “siyasi mühacir”ə, “jurnalist”ə sui-qəsd olduğu, ona və həyat yoldaşına atəş açıldığı yazılır. Müxalifət düşərgəsindəki soydaşlarımız bunu geniş müzakirə edirlər. Cənablar və xanımlar! Rahim Tofiq oğlu Namazov heç vaxt jurnalist olmayıb. Bir müddət “Əlillər” qəzetinin vəsiqəsini gəzdirmiş fırıldaqçı dələduz və fəraridir. Sonra Fransaya qaçmışdı, orada sığınacaq almaq üçün kimlərə söymədi, kimləri suçlamadı ki! Son üç həftədi Lotu Quliyə, yəni Nadir Səlifova, Roma Şəkinski və Opasnı Romanı söyürdü. Həddən artıq ağır söyüşlərin yer aldığı videoları Yutubda da yayırdı. Bu adam özünü lotu sayırdı. Onun nə siyasi mücahirlərə, nə də jurnalistlərə aidiyyəti var”.

Qeyd edək ki, Azərbaycandan Avropaya bu yolla gedən şəxslərin sayı çoxdur. Onlar jurnalist, siyasətçi, diplomat adı ilə saxta sənədlər düzəldir və bu yolla Avropadan sığınacaq alırlar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.