“WhatsApp”da istifadəçiləri izləmək mümkün oldu: Yeni proqram

30-03-2018, 21:28           
“WhatsApp”da istifadəçiləri izləmək mümkün oldu: Yeni proqram
"iOS” mobil əməliyyat sistemi üçün təqdim edilmiş "Chatwatch” mobil proqramı "WhatsApp” messencerində kontaktların aktivliyini izləməyə imkan verir

Yeni proqram dostların messencerdən istifadə tezliyini, orada keçirdikləri vaxtı öyrənməyə imkan verir.

Bundan başqa, "Chatwatch” mobil proqramı "WhatsApp” messencerində iki kontaktın onlayn vaxtını tutuşdura və onların bir-biri ilə ünsiyyətdə olduğunu müəyyənləşdirə bilir. Sözügedən proqram, həmçinin istifadəçinin mobil proqramda keçirdiyi vaxtı və bir gün ərzində messencerdən istifadə tezliyini göstərir. Yeni proqram tamamilə qanunidir.

Qeyd edək ki, bu mobil tətbiq "Last Seen” ("Son daxilolma”) funksiyası deaktiv edildiyi halda belə işləyir.

Sözügedən mobil proqram ödənişlidir: proqramçılar bir həftə ərzində iki kontaktı izləmək üçün 1,99 dollar məbləğində ödəniş tələb edirlər. Həmçinin nəzərə almaq lazımdır ki, "WhatsApp” messencerinin rəhbərliyi istənilən vaxt "Chatwatch” proqramının şirkətin məlumatlarına girişinə qadağa qoya bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru