Rusiyalı deputat azərbaycanlı iş adamlarına müraciət edib

31-03-2018, 09:56           

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarına müraciət edib.



APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyadakı Azərbaycan icmalarının təşkilatçılığı ilə keçirilən "Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlığı inkişafının və möhkəmləndirilməsinin əsas prinsipləri" adlı beynəlxalq konfransda çıxış edən Dmitri Savelyev Rusiyada fəaliyyət göstərən iş adamlarını Azərbaycanda rus dilinə göstərilən qayğının Rusiya KİV-lərində işıqlandırılması üçün maddi yardım etməyə çağırıb.



O, azərbaycanlı iş adamlarına müraciət edərək bildirib ki, Azərbaycanın Rusiya KİV-lərində təbliğ olunmasına yardım etsinlər: "Bu gün Azərbaycandan olan həmkarım Mixail Zabelin Azərbaycanda rus dilinə, rus ədəbiyyatına, mədəniyyətinə göstərilən dövlət qayğısından danışdı. Heç bir postsovet ölkəsində bu tendensiya müşahidə olunmur. Sizi inandırıram ki, rusiyalıların bundan xəbəri yoxdur. Ancaq Azərbaycan haqqında məlumatı olanların bir qismi bunu bilir. Ona görə də, bu məqam Rusiya KİV-lərində, televiziya kanallarında işıqlandırılmalıdır. Mən, fürsətdən istifadə edib, Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarını bu məsələdə yardım etməyə çağırıram".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru