Rusiya və İngiltərə arasında yeni böhran: Nota verilsin

31-03-2018, 10:26           

London aerorportunda Rusiya təyyarəsində axtarış aparılmasından dolayı Moskva İngiltərəyə nota göndərməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov söyləyib.

“Konkret dəlillərin yoxluğu, ekipaj heyətinin və “Aeroflot” rəsmisinin icazəsinin olmaması səbəbindən Rusiya hökuməti təyyarədə aparılan axtarışa görə Londona nota göndərməlidir. Bu, bütün norma və hüquqların pozulması deməkdir”, - Cabarov bildirib.

Qeyd edək ki, London hava limanında Rusiyaya məxsus "Aeroflot" sərnişin təyyarəsində axtarış aparılıb. Axtarış zamanı ekipaj üzvləri təyyarədən düşürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru