Səfirdən açıqlama: Biz düşmən deyilik

31-03-2018, 10:33           

ABŞ və Rusiya bir-birinə düşmən ölkə deyil.

Axar.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. O qeyd edib ki, Rusiya terrorizmə qarşı mübarizədə ABŞ-la münasibətləri qoruyub saxlamaq istəyir.

NBC-yə açıqlamasında səfir hazırda iki ölkə arasında dərin etimadsızlıq olduğunu, amma Rusiyanın ABŞ-la münasibətləri davam etdirmək istəyini ifadə edib.

Qeyd edək ki, martın əvvəlində Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya Sergey Skripal və qızının zəhərlənməsi olayında Rusiyanı ittiham edib.

Bunun ardınca bir çox ölkə, o cümlədən ABŞ rus diplomatlarını ölkədən çıxarıb. ABŞ-ın qovduğu rus diplomatların sayı isə 60-dır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.