Nazirləri toplanmağa vadar edən 4 mühüm – Səbəb

1-04-2018, 11:13           
Nazirləri toplanmağa vadar edən 4 mühüm – Səbəb
Müdafiə nazirləri və digər səviyyələrdə üçlü istiqamətdə ikitərəfli görüşlər mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri Axar.az-a Azərbaycan, Türkiyə və Gürcüstan nazirlərinin üçtərəfli görüşünü şərh edən politoloq Arzu Nağıyev deyib. Ekspert görüşlərin gələcəkdə hər hansı taktiki təlimlərin keçirilməsi və müxtəlif hərbi məsələrlə bağlı olduğunu deyib:

“Bu görüşdə bir çox məsələlərin müzakirəsi və onların həllini tapması gözlənilir. Birincisi, silahların NATO standartlarına uyğun olaraq istismarı yönündə fikir mübadiləsi istisna edilmir. Xüsusilə də Gürcüstanda alyansın standartlarına uyğun olan hərbi məktəblərdə təshil məsələsi ön planda olacaq. İkincisi, mütəmadi olaraq keçirilən bu görüşlərin önəmli bir tərəfi xaric faktorlarla bağlıdır. Hər üç ölkə bir çox istiqamətlərdən mümkün təhlükələrin vaxtında önlənməsi barədə müzakirələr aparacaqlar. Bundan başqa, Suriya məsələsi ilə bağlı müəyyən problemlərin həlli də gündəmdə olacaq. Həmçinin, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və bunun qonşu ölkələrə təsirinin olub-olmaması yönündə müzakirələr də istisna edilmir. Çox güman ki, Ermənistanda Rusiyanın Azərbaycana satdığı silahlarla bağlı saxta məlumatların yayılması məsələsi da diqqət mərkəzinə çatdırılacaq”.

Politoloq onu da qeyd edib ki, regionda baş verən hadisələrin sürətlə inkişafı Türkiyə və Azərbaycanın ikitərəli məsələlərdə mühüm addımlar atmasını labüd edir.

Qeyd edək ki, bu gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında Giresun şəhərində üçtərəfli görüş keçirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.