İran ərəbləri ayağa qalxdı: Kütləvi nümayiş - Foto

1-04-2018, 20:30           

İranın Xuzistan ostanında minlərlə ərəb bir neçə gündür ki, etiraz aksiyaları keçirir.

Axar.az xəbər verir ki, buna səbəb İran dövlət televiziyasında ərəblərə qarşı irqçi və rasist proqramın yayımlanması olub.

Bildirilib ki, etirazçılar Əhvaz və Abadan şəhərlərində Radio və Televiziya Şurasının qarşısına toplaşıb.

Dövlət televiziyası əleyhinə şüarlar səsləndirən nümayəçilərlə polis arasında toqquşmalar yaşanıb.

Bir neçə nəfərin qarşıdurma zamanı yaralandığı vurğulanıb.

Bundan əlavə, bəzi məlumatlarda Xuzistanda fövqəladə vəziyyətin elan edildiyi deyilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru