İsveçrədən Azərbaycanla bağlı mühüm qərar

1-04-2018, 20:35           

İsveçrədə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirin keçirilməsi ilə əlaqədar bu ölkənin parlamentinin siyasi forumu ilə razılıq əldə edilib.

Azərtac xəbər verir ki, İsveçrənin mərkəzi və yerli qurumlarının rəhbər şəxsləri, habelə işgüzar dairələrin və ictimaiyyətin aparıcı simaları, eləcə də İsveçrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri tədbirdə iştiraka dəvət olunublar. Tədbirdə, həmçinin İsveçrədə yaşayan Azərbaycan icmasının üzvlərinin və burada təhsil alan azərbaycanlı tələbələrin iştirakı gözlənilir.

Tədbirdə xalqımıza qarşı törədilmiş soyqırımının tarixindən bəhs olunacaq və bununla bağlı hazırlanmış sənədli film nümayiş etdiriləcək.

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz İsveçrənin dövlət və hökumət orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, bu ölkədə fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru