ABŞ səfirliyi gərginliyi azaltmaq niyyətindədir - Açıqlama

1-04-2018, 20:39           

ABŞ-ın Rusiyadakı səfirliyi iki ölkə arasındakı münasibətlərin düzələcəyinə ümid edir.

Teleqraf.com xəbər verir ki, Rusiya-ABŞ arasındakı diplomatik grginliyin artdığı bir vaxtda səfirlik münasibətlərin yoluna qoyulması üçün çaba göstərdiklərini bəyan edib.

"Münasibətlərin nizama qoyulması üçün fəaliyyətimizi davam etidiririk. Hazırda Sank-Peterburqdakı konsulluğumuz bağlanıb. Amma səfirlik olaraq üzərimizə düşən işləri görürük", - deyə. səfirliyin açıqlamasında bildirilir.

Qeyd edək ki, dünən ABŞ-ın Sankt-Peterburqdakı konsulluğundan Amerika bayrağı endirilib. Eyni zamanda vəzifələrinə son verilən rus diplomatlar ailələrilə birlikdə Vaşinqtondakı səfirliyin binasını tərk ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru