Əfqanıstanda yüksək rütbəli İŞİD lideri təslim olaraq sülh prosesinə qoşulub

2-04-2018, 22:54           

Əfqanıstanın Cəvzan əyalətində İŞİD terror təşkilatının yüksək rütbəli liderlərindən biri 3 həmkarı ilə brlikdə ölkədəki sülh prosesinə qoşulduqlarını açıqlayıb. Əyalət rəsmilərinin məlumatına əsasən, adının Nemətullah olduğu bildirilən İŞİD lideri Dərzab rayonunda sülh prosesinə qoşulduqlarını bildirərək, təslim olub. Cəvzan əyalətinin polis rəisi Əbdül Hafiz Xəşi Nemətullahın əvvəllər terrorçuların həbsxanalarından birinə rəhbərlik etdiyini və vilayətdə təşkilatın nüfuzlu liderlərindən biri olduğunu açıqlayıb. Təslimolma proseslərinin Əfqanıstan ordusunun Cəvzan vilayətində apardığı antiterror əməliyyatları zəminində baş tutduğu bildirilib. Xatırladaq ki, bundan əvvəl də bir neçə "Taliban" və İŞİD terrorçusu silahı yerə qoyaraq, könüllü şəkildə hökumət qüvvələrinə təslim olmuşdu. /eastnews.org/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru