“Gürcüstana qayıdıb bütün proqramları həyata keçirəcəm”- SAAKAŞVİLİ

3-04-2018, 15:22           
“Gürcüstana qayıdıb bütün proqramları həyata keçirəcəm”- SAAKAŞVİLİ
“Mən Gürcüstana gələcəyəm və komandamla birgə bütün proqramları həyata keçirəcəm”.

Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili videomüraciətində deyib. O bildirib ki, Vahid Milli Hərəkat hər bir gürcüyə iqtisadi gücünü qaytaracaq: “Əminəm ki, hakimiyyətin dəyişməsindən sonra – bu, növbəti prezident seçkilərindən sonra baş verməlidir – Gürcüstanda minimal pensiya 400 lari məbləğində olacaq və bunu etmək çox asandır”.

M. Saakaşvilinin sözlərinə görə, Gürcüstan boşalır və bu, real təhlükədir: “Bunu yalnız həyat səviyyəsini yüksəltmək, əmək haqlarını və iqtisadi imkanları artırmaqla aradan qaldırmaq mümkündür. Bunu mən özüm etməyə hazırlaşıram. İndi onlar mənə qarşı cinayət işləri qaldırırlar ki, Gürcüstana qayıda bilməyim. Mən gələcəm və bu proqramların hamısını komandamla birgə həyata keçirəcəm. Mən öz xalqımı dar gündə qoymaram. Onları mafiyanın əlinə verməyəcəm. Buna son qoyulmalıdır. Gürcüstan azad olunmalı və nəfəs almalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru