Rus ordusu Azərbaycanla sərhəd 3 istiqamətdə ayağa qalxdı

4-04-2018, 09:20           

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərb Dairəsi aktiv hərbi təlimləri davam etdirir.

Axar.az xəbər verir ki, rəsmi açıqlamada hərbçilərin hava hücumundan müdafiə tapşırıqlarını icra etdikləri, həmçinin “İqla”, “Tunquska”, “Şilka”, Buk-42, Strela-10, “Top”, “Osa” sistem-komplekslərindən istifadə ilə təlim keçdikləri bildirilib.

500 əsgərin və 70-dən çox texnikanın cəlb edildiyi hərbi təlimlərin hələ aprelin 15-dən sonra ikinci mərhələsinin başlayacağı da qeyd edilir. Təlimlər Krasnador poliqonunda keçirilir.

Xatırladaq ki, Rusiya aprelin əvvəlindən paralel olaraq bir neçə istiqamətdə, o cümlədən Ermənistan və Abxaziyada təlimlərə başlayıb. Təlimlərin ən azı aprelin 15-nə qədər davam edəcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru