Zaxarova Azərbaycana yeni səfirin təyinatı barədə danışıb

4-04-2018, 21:58           
Zaxarova Azərbaycana yeni səfirin təyinatı barədə danışıb
"Belə bir qayda var ki, Rusiya xarici siyasət idarəsi səfirlərin təyinatı məsələsini şərh etmir".

teref.az APA-ya istinaden məlumatına görə, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı Azərbaycana səfir təyinatı ilə bağlı deyib. O bildirib ki, bu qayda 90-cı illərdən təsdiq olunub: "Təyinat haqqında danışmaq, cəmiyyətə təqdim etmək yalnız Rusiya prezidentinin səfirin təyinatı ilə bağlı sərəncamından sonra mümkündür”.

Qeyd edək ki, Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin aprelin 2-də keçirilən iclasında Mixail Boçarnikovun Azərbaycanda səfir postuna namizədliyi təsdiqlənib. Bundan əvvəl M. Boçarnikov Rusiyanın Qazaxıstandakı səfiri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru