“ABŞ hərbçiləri Suriyada qalacaq”- Ağ Ev

5-04-2018, 00:10           
“ABŞ hərbçiləri Suriyada qalacaq”- Ağ Ev
“ABŞ hərbi qüvvələri daha bir müddət Suriyada qalacaq”.

APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi Ağ Evdəki yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Ağ Evdən bildirilib ki, Milli Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı ABŞ hərbçilərinin hələ ki Suriyada qalması barədə qərar qəbul olunub. Bununla belə, D. Tramp hərbçilərin uzun müddət Suriyada qalmasının tərəfdarı olmadığını vurğulayıb. Eyni zamanda, ABŞ prezidenti bölgə ölkələrindən Suriyada sülh və sabitliyin təmin edilməsi üçün səylərini artırmalarını istəyəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezident Donald Tramp qısa müddət ərzində ABŞ hərbçilərinin Suriyadan çıxacağını bildirmişdi. O, Suriyada mövcudluğun böyük maliyyə tələb etdiyini söyləyib. İki gün əvvəl isə D. Tramp deyib ki, Səudiyyə Ərəbistanı ABŞ hərbçilərinin Suriyada qalmasını istəyirsə, pulunu ödəməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru