Portuqaliya və İsveçrədən olan deputatlar ATƏT PA-nın Azərbaycanda prezident seçkilərində müşahidəçilər missiyasına rəhbərlik edəcək

6-04-2018, 09:02           

ATƏT-in Parlament Assambleyası aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün gələn həftə Azərbaycana müşahidəçi missiyası göndərəcək.

Trend-in məlumatına görə, bu barədə ATƏT saytında yerləşdirilən məlumatda bildirilir.

Nilza de Sena (portuqaliyalı deputat) xüsusi koordinator və ATƏT-in 300-dən çox üzvü olan qısamüddətli müşahidəçilər missiyasının rəhbəri funksiyalarını yerinə yetirəcək, Marqaret Kiner Nellen (isveçrəli deputat) isə ATƏT PA-nın 20-dən çox ölkədən olan təxminən 40 parlament üzvündən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək.

Nilza de Sena bidirib: "Beynəlxalq müşahidəçilər kimi bizim vəzifəmiz seçki prosesi haqqında öz imkanlarımız və biliklərimiz daxilində məlumat verməkdən ibarətdir".

Portuqaliyalı parlament üzvü Sena ATƏT PA-nın İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf mühit üzrə Komitəsinin sədridir.

Marqaret Kiner Nellen öz növbəsində bildirib: "Bu mühüm seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik etmək və Azərbaycan xalqı ilə həmrəyliyimizi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. ATƏT PA hər missiyasına böyük əhəmiyyət verir və bütün seçkiləri 1990-cı ildə ATƏT-in Kopenhagen Sənədində razılaşdırılan öhdəliklər əsasında qiymətləndirir".

Aprelin 11-də Azərbaycan keçiriləcək prezident seçkilərində Parlament Assambleyası səfir Koriyen Yonkerin başçılıq etdiyi ATƏT-in Demokratik Təşkilatlar və İnsan Hüquqları Bürosunun missiyası və Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri ilə sıx əməkdaşlıq edəcək.

Müşahidəçilərin birgə məruzəsi aprelin 12-də Bakıda mətbuat konfransında təqdim olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru