Putinin qadağa alan “pul kisələri”nin adı açıqlandı: Siyahıda azərbaycanlı oliqarxlar var?

6-04-2018, 19:23           
Putinin qadağa alan “pul kisələri”nin adı açıqlandı: Siyahıda azərbaycanlı oliqarxlar var?
ABŞ sanksiya tətbiq edəcəyi rusiyalı oliqarxların adlarını açıqlayıb.

Cebhe.info xəbər verir ki, artıq sanksiya siyahısı elan edilib və Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Beləliklə, yeni məhdudiyyətlər Oleq Deripasku, İqor Rotenberq, Viktor Vekselberq, Süleyman Kərimov, Vladimir Reznik, Andrey Skoç, Kirill Şamalova tətbiq ediləcək. Onlardan Şamalov həm də Dövlət Dumasının deputatıdır. Süleyman Kərimov isə Federasiya Şurasının üzvüdür.

Siyahıda həmçinin “Qazprom” rəhbəri Aleksey Miller, "Surqutnefqaz"ın rəhbəri Vladimir Boqdanov, "Qazprombank" İdarə Heyətinin sədri Andrey Akimov, "Zenit" Futbol Klubunun rəhbəri Sergey Furçenko, bankir və maliyyəçi Andrey Kostinin də adı var.

Xatırladaq ki, yeni sanksiya siyahısı barədə məlumatlar 5 apreldə yayılmışdı. ABŞ-ın bu yeni tədbirinə cavab olaraq Kremldən "Rusiyada oliqarx yoxdur" cavabı verilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.