ABŞ Senatında yeni dövlət katibi ilə bağlı dinləmələr keçiriləcək

7-04-2018, 08:30           

Aprelin 12-də ABŞ Senatının xarici işlər üzrə komitəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Mayk Pompeonun dövlət katibi postuna təsdiqi ilə bağlı dinləmələr keçiriləcək.



APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bunu komitənin sədri Bob Korker bəyan edib.



Martın 13-də prezident D. Tramp Reks Tillersonu istefaya göndərərək dövlət katibi vəzifəsinə M. Pompeonun namizədliyini irəli sürüb.



Hazırda müvvəqəti olaraq ABŞ-ın dövlət katibi səlahiyyətlərini Con Sallivan icra edir. O bu vəzifəni M. Pompeonun namizədliyi Konqres tərəfindən rəsmən təsdiq edilənədək tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru