Tramp Əbu-Dabinin varis şahzadəsi ilə İran əleyhinə qarşıdurmanı müzakirə edib

7-04-2018, 08:37           
Tramp Əbu-Dabinin varis şahzadəsi ilə İran əleyhinə qarşıdurmanı müzakirə edib
ABŞ prezidenti Donald Tramp və Əbu-Dabi Əmirliyinin varis şahzadəsi Məhəmməd bin Zaid Əl Nahayyən cümə günü telefonla Fars körfəzi ölkələrinin birliyinin bərpasını İran əleyhinə qarşıdurma və terrorizmlə mübarizə üçün zəruri faktor kimi müzakirə ediblər.

"Report" xəbər verir ki, bu haqda Ağ Evin siyasətçilərin danışığının nəticəsinə əsasən yaydığı bəyanatında bildirilir.

"Prezident Tramp Fars körfəzinin ərəb dövlətlərinin əməkdaşlığının şura üzvlərinin birliyinin bərpası yollarının axtarışına yönəldilmiş səylərinə görə varis şahzadəyə minnətdarlığını ifadə edib", - deyə bəyanatda bildirilir. Qeyd edilir ki, bu səylərlə İranın sabitliyi pozan fəaliyyətinə qarşı durmaq və terrorçularla və ekstremistlərlə daha effekti mübarizə aparmaq əlverişlidir. Hər iki lider birliyin bütün üzvlərinin regionda sülhün təminatının və inkişafının təminatı məqsədi ilə ölkələrin gücü, bir-biri ilə və ABŞ-la əlaqələndirilmənin daha da yaxşılaşması üçün etməli olduqlarını razılaşdırıblar.

Ağ Evdən əlavə ediblər ki, Tramp və varis şahzadə ABŞ və BƏƏ arasında strateji əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsinin davamı üçün Vaşinqtonda qarşıdan gələn görüşü səbirsizliklə gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru