120 ölkə rəsmisi Bakıda: Bu iş İlham Əliyevə həvalə edildi

7-04-2018, 09:39           

Azərbaycan artıq beş ildir ki, Qoşulmama hərəkatının üzvüdür və bu, ölkəmizin beynəlxalq münasibətlərdə oynadığı rola çox müsbət təsir göstərir.

Bu sözləri Axar.az-a Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin Bakıda keçirilən aralıq toplantısını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Bakı bundan sonra 5 il ərzində Qoşulmama Hərəkatının sədri vəzifəsini yerinə yetirəcək:

“Azərbaycan artıq beş ildir ki, Qoşulmama Hərəkatının üzvüdür və bu ölkəmizin beynəlxalq münasibətlərdə oynadığı rola çox müsbət təsir göstərir. Əvvəla, Qoşulmama Hərəkatında aparıcı yeri İslam Konfransı Təşkilatının üzvləri tutur. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına keçici üzv seçilməsində bu hərəkatın üzvlərinin böyük rolu oldu. Təşkilatın üzvləri hər zaman bir-birinə yardım edir, beynəlxalq məsələlərdə həmrəylik nümayiş etdirir, Azərbaycana Dağlıq Qarabağ məsələsində hər vasitə ilə köməklik göstərməyə çalşır. İndi Azərbaycanın həyatında yeni bir dövrün başlanğıcı qoyuldu. Çünki sentyabrda Hərəkatın prezident və baş nazirlər səviyyəsində sammiti də Bakıda keçiriləcək. Bundan sonra 5 il ərzində Qoşulmama Hərəkatına rəhbərlik ölkəmizin adına çox böyük bir səviyyə demək olacaq və Bakının beynəlxalq münasibətlərdə oynadığı rola xüsusi bir dinamiklik verəcək”.

Politoloqun sözlərinə görə, ötən gündən başlayan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin Bakı toplantısı həm beynəlxalq münasibətlərdəki mövcud ictimai-siyasi durumu təhlil edir, həm də sentyabrda keçiriləcək sammitin gündəliyini müəyyənləşdirir:

“Qoşulmama Hərəkatının növbəti sammitinin də Bakıda keçirilməsi və tədbirə sədrliyin Prezident İlham Əliyevə həvalə edilməsi Qarabağ probleminin həllinə ciddi köməklik göstərəcək. Ayrıca, bu gün dünya siyasətində böyük rol oynayan Qoşulmama Hərəkatına rəhbərlik Azərbaycana böyük siyasi dividentlər gətirəcək”.

Qeyd edək ki, Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı ötən gün başlayıb. Bu tədbirə qatılmaq üçün dünyanın 120 ölkəsindən XİN rəhbərləri Bakıya gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru