Ağ Ev aparatının rəhbəri Trampı istefa ilə hədələyib

8-04-2018, 10:57           

Ağ Ev aparatının rəhbəri Con Kelli ABŞ prezidenti Donald Trampı istefa verəcəyi ilə hədələyib.



APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, martın 28-də Kelli və Tramp “Oval kabinet”də görüşüblər. “Axios” nəşri mənbələrə istinadən qeyd edir ki, Donald Trampla əsəbi danışıq zamanı Con Kelli istefa verəcəyi ilə hədələyib. Ağ Ev aparatının rəhbəri sərt söhbət əsnasında dəfələrlə bu vəzifəyə can atmadığını bildirib.



“C.Kelli əsəbi şəkildə D.Trampa bildirib ki, o Ağ Ev aparatının rəhbəri vəzifəsinə təyin olunmamalı idi”, - deyə mənbə nəşrə bildirib.



C.Kellinin artıq iş otağını tərk etməyə hazırlaşdığı bildirilir. Bununla belə, C.Kellinin istefası ilə əlaqədar hələlik rəsmi məlumat dərc edilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.