AŞPA missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etməyə başlayıb

11-04-2018, 09:42           
AŞPA missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etməyə başlayıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin gedişatını müşahidə etməyə başlayıb.

"Report" xəbər verir ki, missiyaya rumıniyalı deputat Viorel Rikard Badea rəhbərlik edir.

Müşahidəçilərdən biri, AŞPA-nın islandiyadan olan deputatı Aevarsdottir Thorhildur Sunna 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 20 saylı seçki məntəqəsinə baş çəkib, orada yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, missiyanın tərkibinə 37 müşahidəçi daxildir. Onlar bu gün Bakıda və ölkənin regionlarında bir sıra seçki məntəqələrində olacaqlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru