MDB PA-nın müşahidəçiləri Azərbaycanda keçirilən prezident seçkilərini izləməyə başlayıblar

11-04-2018, 09:47           
MDB PA-nın müşahidəçiləri Azərbaycanda keçirilən prezident seçkilərini izləməyə başlayıblar
MDB Parlamentlərarası Assambleyasının (PA) missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etməyə başlayıb.

"Report" xəbər verir ki, müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanov əvvəlcə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsinə baş çəkib.

Məntəqə açıldıqdan sonra İ.Umaxanov orada yaradılan şəraitlə tanış olub, məntəqə rəhbəri ilə söhbət edib, ona suallar verərək qeydlər aparıb.

İ.Umaxanov bundan sonra Bakıda yerləşən bir sıra digər seçki məntəqələrinə getməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, missiyanın tərkibinə 6 MDB ölkəsindən - Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan ümumilikdə 11 deputat və ali qanunverici orqanların nümayəndəsi daxildir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru