İsrail “Buk” və “S-200” komplekslərini bombalayıb

11-05-2018, 09:04           

İsrail aviasiyası Suriyaya endirilən hava zərbələrində “Buk-M1-2”, “S-200” və “S-75” sistemlərini hədəfə alıb.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bu sistemlər NATO təsnifatına müvafiq olaraq “SA-17”, SA-5” və “SA-2” olaraq göstərilib.

Hava zərbələri eyni zamanda Suriya ordusunun “Pansir-C1” (SA-22) zenit-raket top kompleksinə tuş gəlib.

SAXAL əmin edir ki, Suriyanın HHM kompleksləri İsrail qırıcılarını vurmağa cəhd etdiyinə görə bombalanıb.

Holan yüksəkliklərindəki İsrail mövqelərinə raketlərin atılmasından sonra Tel-Əviv mayın 10-da “F-15” və “F-16” qırıcılarını havaya qaldırıb. İki saat ərzində İsrail hava qüvvələri 60 avaizərbə endirib. Bundan savayı Suriyaya 10 taktiki “torpaq-torpaq” tipli raketlər buraxılıb.

Rusiyada 90-cı illərdə istehsal olunmuş “Buk-M1-2” kompleksi Suriya HHM sisteminin ən müasir komplekslərindən sayılır. Suriya ordusunda 20-ə yaxın müxtəlif modifikasiyalı “Buk” komplekslərinin olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru