Sahil Babayev özünə iki yeni müşavir təyin etdi - Nazir generalın oğluna vəzifə verdi

11-05-2018, 16:32           
Sahil Babayev özünə iki yeni müşavir təyin etdi - Nazir generalın oğluna vəzifə verdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə iki yeni müşavir təyin edib. Yeni müşavirlər Əliyev Anar Rəhim oğlu və Nəsirli Vüsal Zakir oğludur/Report.

Mia.az nazirliyin rəsmi saytına istinadən bildirir ki, nazirin digər əmri ilə Anar Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin müvəqqəti icrası da həvalə edilib. Bizə verilən məlumata görə, əslində, Anar Əliyevin təyinatı bu gün deyil, mayın 8-də olub. Xatırladaq ki, nazirliyin bundan əvvəlki aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O və 3 şöbə müdiri mayın 8-də vəzifələrindən azad ediliblər.

****

Mia.az xəbər verir ki, S.Babayevin müşavir təyin etdiyi Vüsal Nəsirli DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi eneral Zakir Nəsirovun oğludur.

Onu da qeyd edək ki, S.Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur.

R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru