ABŞ cənublu lideri çıxdaş etdi: O, iştirak etməyəcək

12-05-2018, 09:35           

İyunun 12-də Sinqapurda ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında baş tutacaq görüşdə Cənubi Koreya dövlət başçısı Mun Çje İnin iştirakı nəzərdə tutulmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Sara Sanders deyib.

“Mun Çje İnin bu konkret tarixdə iştirakı ilə bağlı hər hansı plan yoxdur. Lakin sözsüz ki, onlar bizim bu prosesdəki partnyorlarımızdır. Bildiyiniz kimi, Mun Çje İn 22 mayda ABŞ-a səfər edəcək”, - deyə bildirilib.

Qeyd edək ki, D.Trampla Kim Çeninin görüşünün Sinqapurda iyunun 12-də baş tutması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru