İlham İsmayıl statusuna aydınlıq gətirdi: "..bu gün sarkazmla yazılmış bir statusa .."

12-05-2018, 10:14           
İlham İsmayıl statusuna aydınlıq gətirdi: "..bu gün sarkazmla yazılmış bir statusa .."
"Bir status yazdım və deyilənə görə "aləm qarışıb". Bir sayt var, dostumuz deyəndən sonra ilk dəfə idi ki, səhifəsini açdım və mənsubiyyəti məlum olanda aydın oldu. Erməninin Şuşada parad keçirməsinə normal yanaşıb susanlar, buna hansısa formada mane ola biləcək MN-in, kəskin bəyanat verməyə borclu olan XİN-in fəaliyyətsizliyini alqışlayanlar , ümumiyyətlə 25 illik işğala göz yumanlar bu gün sarkazmla yazılmış bir statusa guya əsəbləşiblər.Və bunu xəbər kimi təqdim ediblər.
Belə bir ifadə var- qınağa doldurmaq. Məqsədim də bəzilərini qınağa doldurmaq olub Əgər bu statusdan qınağa dolub, erməninin üstünə hücum çəkilsəydi, deyərdim ki, istədiyimə çatdım. Əgər adlarını çəkdiyim qurumlar səhərisi gün, hərəsi öz istiqamətində - hərbi və diplomatik cəbhədə gərginlik yaratsaydılar, deyərdim istədiyimə çatdım. Əksinə, hərəkət baş verir və əslində təxmin edirdim. Amma indi belə çıxır ki, gərək mən də Şuşanın icra başçısı kimi " Paşinyanın qılçı qırılaydı, Şuşaya gəldiyi yerdə" deyəydim, onda xoş gələrdi. Türkiyə pilotunun rus qırıcısını vurmağını yadınıza salıram. Neçənci dəfə hava sahəsini pozan təyyarəni vurmamaq dövlətin heysiyatına toxundu və vurdu.Başı dərd çəksə də vurdu. Nə baş versin ki, bizim heysiyatımıza toxunsun.İrad bildirən saytın naməlum hüquqşünasları deyib ki, bu cəmiyyətdə qarşısıalınmaz ajiotaj yarada bilərdi. Nə gözəl! Kaş xalq, dövlət, Paşinyanın guya dediklərini həqiqət kimi qəbul edib Qarabağa hücum çağırışı edəydi.İstəmirsiniz eləmi? Narahat olmaq istəmirsiniz , elə deyilmi? Qarabağın azad olunmasını nə vaxt istəyəcəksiniz o zaman?
Sayt öz aləmində DTX-ya istiqamət də verib ki, "bu adam araşdırılsın". Yəni, araşdırıb nə üzə çıxarılmalıydı? Yazıqlar. 24 yaşımdan bu günə kimi o təşkilat məni hərtərəfli araşdırıb, hər şeyi də bilir. Sizin barmaq uzatmağınıza ehtiyac yoxdur.
Hə, bəs Paşinyanın həqiqi bəyanatlarını, Qarabağı qaytarmayacaqlarına dair açıqlamalarını araşdırmaq üçün hara barmaq tuşlayacaqsınız?!"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.