Pakistanda yol qəzasında təqsirkar olan ABŞ diplomatı bu ölkəni tərk edə bilməyib

13-05-2018, 10:04           
Pakistanda yol qəzasında təqsirkar olan ABŞ diplomatı bu ölkəni tərk edə bilməyib
Pakistanın hakimiyyət orqanları bu ölkədə baş verən yol qəzasında müqəssir sayılan ABŞ diplomatının respublika ərazisini tərk etməyə icazə verməyiblər.

"Report" xəbər verir ki, bu barədə "Tribune" qəzeti məlumat yayıb.

Mayın 12-də ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsi İslamabad yaxınlığındakı "Nur Xan" hərbi bazasına eniş edərək, Birləşmiş Ştatların Pakistandakı səfirliyinin hərbi attaşesini aparmaq istəyib. Lakin hərbi bazaya gələn diplomat gedişöncəsi prosedurları keçə bilməyib və İslam Respublikasında qalıb. Nəşr bildirib ki, sərhəd nəzarətinin əməkdaşı ölkənin Daxili İşlər Nazirliyinə sorğu göndərib. Bundan sonra hərbi attaşenin Pakistanı tərk etməsindən imtina olunub.

Yol qəzası aprelin 7-də, İslamabadda baş verib. ABŞ-ın İslamabaddakı səfirliyinin hərbi attaşesinin idarə etdiyi "Toyota Land Cruiser" motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü Atik Bakir hadisə yerində ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.