Ruhani və Paşinyan razılaşdı: nüvə proqramı...

13-05-2018, 22:51           

Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini, eyni zamanda beynəlxalq siyasi məsələləri müzakirə ediblər.

Məlumata görə, rəsmilər İranın nüvə proqramı ətrafında da fikir mübadiləsi aparıblar.

Ruhani və Paşinyan gələcək görüş proqramları barədə də razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru