Emin Millinin Əli Kərimliyə “marginal” deməsi aranı qatdı - Helsinki qalmaqalı...

15-05-2018, 00:51           
Emin Millinin Əli Kərimliyə “marginal” deməsi aranı qatdı - Helsinki qalmaqalı...
AXCP sədri Əli Kərimli ilə “Meydan” TV rəhbəri Emin Milli arasında qovğa başlanıb
Cəbhəçilər feysbukda E.Millini yıxıb-sürüyürlər.

Ə.Kərimli özü birbaşa E.Millini hədəfə almayıb, ancaq ətrafındakıların onun ağzı ilə danışdığı göz qarşısındadır.

Milli Şuranın sədri Cəmil Həsənlinin dili ilə Emin Millini hədəfə alan və aldıran Əli Kərimli özünün hakimiyyətin yeganə rəqibi olması imicini formalaşdırmaq üçün barəsində söylənilən istənilən fikirdən yararlana bilər.

Aprelin 18-də keçirilmiş inaqurasiya nitqində prezident İlham Əliyev müxalifətlə bağlı bildirmişdi ki, onlar tam marginallaşıb.

Bundan 3 həftə sonra, mayın 9-da Amerika Konqresinin Helsinki Komissiyasının keçirdiyi brifinqdə obyektiv informasiya siyasətinə iddialı olan “Meydan” TV-nin lideri Emin Milli bu dairəni daha da “dəqiqləşdirdi”.

O, bəyan etdi ki, Əli Kərimlinin iddia etdiyi Xalq Cəbhəsi Partiyası köhnəlib, yəni İlham Əliyev demiş "marginallaşıb".

FİA.Az-ın Siyasəti Şöbəsinin məlumatında bildirilir ki, bir zamanlar “qiyamçı diplomatlar” adlandırılan Arif Məmmədov və Nahid Hacıyev, daha sonra kimlərinsə çıxışlarından özünü təbliğ vasitəsi kimi istifadəyə cəhd edən və buna zaman-zaman nail olan Əli Kərimli bu “ittifaqları” da uzun müddət davam etdirə bilmədi.

Hamı onun kimi düşünmək məcburiyyətində deyil - budur Kərimlinin anlamadığı və ya anlayıb da qəbullanmadığı.

Buna görə də hətta hər tərəf özünü müxalifət adlandırsa da, görünən odur ki, özünü “yeni” sayanlar özünü “yeni-köhnə” sayan Kərimlinin bazarına girə bilməz.

AXCP sədri buna imkan verməmək üçün bir anda bütün körpüləri yandırar. Necə ki, Əli Kərimlinin “siyasəti murdarladığı” fikrində olan Nahid Hacıyevdən indi də əl çəkmir. Bu dəfə isə növbə “Meydan” TV və onun rəhbərliyindədir.

Bu dəfə xain elan edilmək növbəsi onlara çatıb. İndiyə qədər Əli Kərimlinin “xainlər” siyahısına adları yazılanlar arasına yeniləri əlavə edilir.

AXCP sədri özünü toxunulmaz elan etdirmək istəyir, hakimiyyətin tənqidə dözümsüzlüyünü dönə-dönə vurğulasa da, özünün dözümsüzlük şkalasında ən son yeri tutduğunun fərqindədirmi görəsən?

Feysbukda cəbhəçilər E.Milliyə hücuma keçməkdədirlər. Onun Helsinkidəki iclasda AXCP barədə susması və marginal deməsi Ə.Kərimliyə arxadan zərbə kimi qiymətləndirilib.

Çünki zaman-zaman iqtidara qarşı çiyin-çiyinə olan. Informasiya siyasətində dəstək olan xaricə bağlı bu şəxslər indi qırğına çıxıblar.

2013-də də Ə.Kərimli-E.Milli qalmaqalı olmuşdu. Emin Milli öz bloqunda Əbülfəz Elçibəyin Dövlət Təhlükəsizlik Komissiyası (DTK) sədrinə yazıldığı deyilən məktubu dərc edib və yazıb ki, Elçibəyi bu məktuba görə "qınaya bilmərəm, amma bu məktubu yazan insanı heç vaxt dövlət başçısı seçməzdim”.

"Azərbaycan" qəzetinin 1993-cü il 23 oktyabr sayında Əbülfəz Elçibəyin imzası ilə dərc olunmuş və 1975-ci ildə yazdığı bildirilən məktub DTK sədrinə ünvanlanıb.

Məktub "müəllifi özünü doğrultmaq üçün daha bir şans istəyir və söz verir ki, bundan sonra dövlətin və partiyanın Leninçi siyasətini müdafiə edəcək.

O həbsdən sonra xahiş edir ki, onu Kommunist Partiyasının sıralarında saxlasınlar" - Emin Milli bloqunda yazıb.

BBC Azərbaycancaya müsahibəsində AXCP sədri Əli Kərimli Emin Milliyə "perspektivli işlə" məşğul olmağı məsləhət görüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.