KXDR və Cənubi Koreya arasında növbəti görüş keçiriləcək

15-05-2018, 08:15           

KXDR və Cənubi Koreya rəsmiləri arasında növbəti görüş keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.



Rəsmi Pxenyanın təklifi ilə gerçəkləşən görüşün mayın 16-da keçiriləcəyi gözlənilir. Agentliyə görə, hazırda tərəflər qarşıdan gələn görüşün detallarını müzakirə edirlər. Bildirilir ki, görüş zamanı tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) xətti ilə dialoqun bərpası məsələlərinə toxunacaqlar.

Xatırladaq ki, aprelin 27-də Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında tarixi görüş keçirilib. Sammitin yekunlarına dair tərəflər birgə sənəd imzalayıblar. Bundan əvvəl KXDR nüvə silahı və ballistik raketlərin sınaqlarına son qoyduğunu, habelə Phungeridəki nüvə poliqonunu bağladığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru