Jirinovski xəritə yaydı: Bütöv Azərbaycan yaranacaq - FOTO

16-05-2018, 10:49           
Jirinovski xəritə yaydı: Bütöv Azərbaycan yaranacaq - FOTO
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski İranın ABŞ və İsrail arasında necə bölünəcəyi ilə bağlı məlumat yayıb.

Axar.az xəbər verir ki, Jirinovski bununla bağlı öz Tvitter səhifəsində xəritə yerləşdirib. O, bu xəritənin 20 il öncə hazırladığını deyib.

Qeyd edək ki, xəritədə İranın bir neçə yerə bölünməsi əks olunub. Jirinovskinin xəritəsinə əsasən, bu dəyişikliklərdən sonra Bütöv Azərbaycan, ayrıca kürd dövləti, fars dövləti, Bəllucistan və Böyük Türkmənistan yaranır. Jirinovski, həmçinin, Türkiyənin bəzi ərazilərinin Ermənistana veriləcəyini xəritəsində əks etdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru