«İslam dünyası «Qüds imtahanı»ndan kəsildi» - Ərdoğan

19-05-2018, 08:53           
«İslam dünyası «Qüds imtahanı»ndan kəsildi» - Ərdoğan
Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi məsələsinə müsəlman ölkələrin reaksiyasını şərh edən Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, İslam dünyası imtahanın öhdəsindən gələ bilmədi.

«Qüds – sadəcə, bir şəhər deyil. O, müsəlmanların rəmzidir – imtahandır. İslam dünyası bu imtahanı verə bilmədi. Bütün dünya da onu verə bilmədi. Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-ın atdığı bu addıma qarşı dura bilmədi. Biz müsəlmanlar qınamaqdan savayı, heç nə etmirik» – deyə, Ərdoğan İsrailin Qəzza bölgəsindəki fəaliyyətinə qarşı İstanbulda keçirilən çoxminli mitinqdə bəyan edib. «NTV» kanalı mitinqi canlı yayımlayıb.

Ərdoğanın sözlərinə görə, «əgər müsəlmanlar birləşsələr və bu zülmə qarşı birlikdə çıxış etsələr, o zaman İsrailin sərsəmliyi uzun sürməz».

Bununla bərabər, Türkiyə lideri əlavə edib ki, yəhudi xalqını sionistlərlə eyniləşdirmək olmaz. O, Amerika xalqını ABŞ hakimiyyətinin buraxdığı səhvlərə qarşı səsini qaldırmağa çağırıb: «ABŞ yeganə ölkədir ki, Qüdslə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarını bloklayır».

Bundan əvvəl Ərdoğan İsrailin Qəzza sektorundakı fəaliyyətini genosid adlandırıb.
azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru