Həbs olunmuş AXCP üzvü Müalicə Müəssisəsinə köçürülüb –21 mayda şikayətinə baxılacaq
20-05-2018, 10:39
Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə barəsində cinayət işi açılmış AXCP Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Mirfeyzulla Seyidov barəsində seçilmiş həbs qətiimkan tədbirindən verilən şikayətə baxılma vaxtı məlum olub.
Vəkil Cavad Cavadovun verdiyi məlumata görə, Nərimanov rayon məhkəməsinin qərarından verilən şikayətə mayın 21-də saat 16-da baxılacaq.
Mirfeyzulla Seyidovun hər iki böyrəyi xəstədir, həftə ərzində 3 dəfə dializ olunur. Həmçinin şəkər xəstəsidir, ürəyindən əməliyyat olunub.
Mirfeyzulla Seyidov ailəsi ilə telefon əlaqəsi saxlayıb və bildirib ki, onu Bakı İstintaq təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüblər.