Vaşinqton cənub qonşumuzdan nə istəyir? – Hədəf

22-05-2018, 08:45           

Vaşinqton İranda rejimi devirmək istəyir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, ABŞ Dövlət katibi Mayk Pompeonun İranla yeni razılaşma imzalanması üçün Tehrana 12 şərt irəli sürməsi məşhur lətifədəki “daha deyin ki, mənə paraşüt vermək istəmirsiz” yanaşmasına bənzəyir.

“İran hipotetik olaraq bu şərtləri yerinə yetirsə belə, Vaşinqton Tehranın yaxasını buraxmayacaq. Vaşinqtonun İranla nüvə anlaşmasından çıxmasının qonşu ölkənin gizli şəkildə nüvə silahı hazırlıqları ilə əlaqəsi yoxdur. Bunu Mayk Pompeonun bu sözləri də təsdiq edir: "İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir". Bu sözlər və Pompeonun çıxışında İran Prezidenti Həsən Ruhanini bir neçə dəfə tənqid etməsi, o cümlədən, İran xalqının hakimiyyətinə qarşı çıxması ibarələri Vaşinqtonun əsas dərdinin nüvə silahı olmadığından xəbər verir".

Politoloq vurğulayıb ki, rəsmi Vaşinqton İranda rejim dəyişikliyinə nail olmaq istəyir:

"Yəni rejimi dəyişsələr, İranla bağlı bütün regional problemlərdən qurtulacaqlarını düşünürlər. Vaxtilə Səddam Hüseyni devirəndə də eyni nəticəyə ümid edirdilər. Nəticə göz qabağındadır”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ-ın nüvə müqaviləsindən geri çəkilməsindən sonra Tehranla yeni razılaşma əldə edilməsi üçün 12 şərt irəli sürüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.