Ermənilər müharibədən başqa bir yol qoymadı - BƏYANAT

22-05-2018, 22:26           
Ermənilər müharibədən başqa bir yol qoymadı - BƏYANAT
Ermənistan Xarici İşlər Nazirliyi yenə də Dağlıq Qarabağ danışıqlarının atmosferinə zidd olan bəyanat verib.

Publika.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Azərbaycan başa düşməlidir ki, Dağlıq Qarabağın danışıqlarda bilavasitə iştirakı olmadan sülhün təmin olunması mümkün deyil”, - deyə bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Qarabağın danışıqlarda iştirakında təkid edir: “İndi reallıqlar dəyişib və Qarabağ danışıq prosesində yer almalıdır”.

T. Balayan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqqında razılığın olmadığını qeyd edib.

“Ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz”, - deyə o əlavə edib.

Qeyd edək ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakını irəli sürür. Hansı ki, Bakı 20 ildən artıq davam edən danışıqlar prosesində buna qarşı çıxıb. Ekspertlər isə İrəvanın mövqeyini müharibəyə çağırış kimi qiymətləndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru