Bəşər Əsəd: "ABŞ-la danışıqlar aparmaq vaxt itkisidir"

23-06-2018, 12:30           

Suriya prezidenti Bəşər Əsəd ABŞ prezidenti Donald Trampla danışıqlar aparmağı mənasız hesab edib. Suriya prezidenti Rusiyanın "NTV" telekanalına verdiyi müsahibəsində ABŞ-la danışıqlar aparmağı vaxt itkisi və mənasız adlandırıb. Bəşər Əsəd bildirib ki, danışıqlardan imtina etmələrinin səbəbi onların amerikalı olmaları deyil. "ABŞ ilə danışıqlar artıq bir şeyə gətirməyəcək, boş vaxt itkisidir. Sadəcə, kiminlə nəticə əldə edə biləcəyiksə, onunla danışıqlara hazırıq. ABŞ-ın siyasəti gələcəkdə dəyişməyəcək", - deyə Bəşər Əsəd diqqətə çatdırıb. Əsəd qeyd edib ki, ABŞ prezidentləri lobbilərin və maliyyə təşkilatlarının təsiri ilə həmişə öz siyasətlərini müəyyən edirlər. "Onların vəzifələri neft-qaz korporasiyalarının, silah alverçilərinin və iri media maqnatlarının maraqlarına xidmət etməkdir", - deyə Suriya prezidenti diqqətə çatdırb eastnews.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru