Rusiyadan önəmli Qarabağ açıqlaması: - “Azərbaycan həmişə düzgün mövqe sərgiləyib”

25-06-2018, 13:45           
Rusiyadan önəmli Qarabağ açıqlaması: - “Azərbaycan həmişə düzgün mövqe sərgiləyib”
"Dağlıq Qarabağ münaqişəsində vəziyyətin kəskinləşməsinə yol verməmək olduqca vacibdir"

AzVision.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Dağlıq Qarabağ münaqişəsi bizi narahat etməyə bilməz. Bilirsiniz ki, Rusiya bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Münasibətlərin gərginləşməsinin tərəfdarları, xalqların sülh şəraitində yaşamaq istəyini və sözlərini eşitməyənlərin hamısı gərginliyə aparan yolla gedirlər. Bu yola mane olmaq üçün biz əlimizdən gələn hər şeyi etməliyik. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan həmişə düzgün və konstruktiv mövqe sərgiləyib” – deyə Volodin Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüşündə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru