Ukraynanın XİN rəhbəri Rusiyanı "terrorizmin sponsoru" adlandırıb

26-06-2018, 08:40           
Ukraynanın XİN rəhbəri Rusiyanı "terrorizmin sponsoru" adlandırıb
Rusiya bilərəkdən terrorçuluğu maliyyələşdirir və Donbasda saxlanılan ukraynalılara işgəncə verir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin diplomatik korpus nümayəndələri üçün keçirilən "Rusiyanın cinayətləri" adlı brifinqdə deyib.

Nazir əlavə edib ki, Kiyev Rusiyanın dünyada təcavüzkar ölkə kimi tanınması üçün əlindən gələni edir.

"Bunun arxasında kimin durduğunu, həmçinin Rusiyanın işgəncələrdə iştirak edən və bunu qəsdən tətbiq edən terrorçuluğu və buna qatılan insanları şüurlu şəkildə maliyyələşdirən ölkə kimi məsuliyyətini göstərmək çox vacibdir", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru