ABŞ Avropa İttifaqı və Kanadanın Myanmara qarşı sanksiyalarını dəstəkləyib

26-06-2018, 04:48           

Rəsmi Vaşinqton Avropa İttifaqı və Kanadanın Myanmara qarşı tətbiq etdikləri sanksiyaları dəstəkləyib.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert bəyan edib.



“Biz bu hərəkətləri birmənalı olaraq dəstəkləyirik”, deyə H.Nauert vurğulayıb.


H.Nauert xatırladıb ki, ABŞ artıq Myanmar ordusu ilə qarşılıqlı əlaqəni məhdudlaşdırıb, bir generalın adını sanksiya siyahısına salıb və Myanmarda baş verən hadisələri araşdırmaq üçün BMT missiyasının mandatını dəstəkləyib.



Xatırladaq ki, 2017-ci ilin avqustunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.