ABŞ İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

28-06-2018, 08:31           

ABŞ-ın BMT yanında daimi nümayəndəsinin müavini Conatan Koen Təhlükəsizlik Şurasına üzv olan ölkələri İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə C.Koen TŞ-nin iclasında bildirib.



“Təhlükəsizlik Şurasının qərarlarını daim pozan ölkə ilə üzləşdikdə müvafiq siyasətin yürüdülməsi çox vacibdir. Məhz buna görə biz Şura üzvlərini bizə qoşulmağa, İranın bölgədə zərərli davranışlarına qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. ABŞ İranın yaratdığı təhlükələrlə ilə əlaqədar Şura üzvləri ilə işləməyə daim hazırdır”, deyə C.Koen vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru