AŞPA-dan Gültəkin Hacıbəyli ilə bağlı ŞOK QƏRAR - ömürlük qadağa qoydu

28-06-2018, 19:31           
AŞPA-dan Gültəkin Hacıbəyli ilə bağlı ŞOK QƏRAR - ömürlük qadağa qoydu
Azərbaycanı vaxtilə Avropa Şurası və Parlament Assembleyasında təmsil edən sabiq deputat, sonradan radikal müxalifətə keçən Gültəkin Hacıbəyliyə qurumun binalarına və tədbirlərinə ömürlük giriş qadağası qoyulub.
AzVision.az xəbər verir ki, bu barədə AŞ PA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsi qərar qəbul edib.

AŞPA üzvlərinin Korrupsiyası İttihamları üzrə Müstəqil İstintaq Orqanının dərc olunan məruzəsinə görə, G.Hacıbəyli etik kodeksi pozduğuna görə ona sanksiya tətbiq olunub.

Məruzədə qeyd olunur ki, ittihamlarla bağlı mövqeyini bildirməsi üçün G.Hacıbəyliyə müraciət olunsa da, o, bundan yayınıb. Nəticədə onun assambleyanın binalarına, tədbirlərinə girişi qadağa edilib.

Xatırladaq ki, bu ssesiyada Azərbaycandan olan üç nəfərə - Müslüm Məmmədov, Elxan Süleymanov və Gültəkin Hacıbəylinin ömürlük AŞ və AŞPA-ya girişi qadağan edilib. Digər bir neçə keçmiş xarici ölkə deputatlarına qarşı da bu sanksiya verili












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru