Avropa İttifaqına (Aİ) üzv olan 28 ölkənin dövlət və hökumət başçısı miqrasiya böhranı mövzusunda razılığa gəliblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən sammitdə 15 saatlıq danışıqlardan sonra Lüksemburqun baş naziri Ksavye Bettel deyib.
"Miqrasiya ilə bağlı razılıq əldə olunub", - deyə o bildirib.