Merkel 14 ölkəni razı saldı: qaçqınlar göndərilir
1-07-2018, 10:52
Almaniyanın baş naziri Angela Merkel koalisiya ortaqlarına göndərdiyi məktubda qaçqın böhranı ilə bağlı 14 ölkəni razı saldığını yazıb. AzEuroNews.com xəbər verir ki, Merkel məktubunda Almaniyaya gələn qaçqınların ilk vizalarının və qeydiyyatda olduqları yerə göndəriləcəyini vurğulayıb. Baş nazirin sözlərinə görə, Almaniyanın qaçqın siyasətini tənqin edən Macarıstan, Polşa və Çexiya da bu barədə razılığa gəlib.
Ancaq Macarıstan baş nazirinin sözcüsünün açıqlamasına görə, belə bir razılıq olmayıb. Məktubda adı keçən digər dövlətlər isə, Belçika, Fransa, Danimarka, Estoniya, Finlandiya, Litva, Latviya, Lüksemburq, Hollandiya, Portuqaliya ve İsveçdir.
Qeyd edək ki, hazırda Almaniyaya gələn qaçqınlardan yalnız 15 %-i “Dublin sazişi”nə görə vizalarının olduğu ölkəlrə göndərilib. Ölkədəki qaçqın toplama mərkəzlərində saxlanılanlarla bağlı qərar isə, daha tez veriləcək. Artıq Almaniyanın İspaniya və Yunanıstanla qaçqınları geri göndərmək üçün sənədlərin imzalandığı deyilir.
Xatırladaq ki, Almaniyada qaçqın böhranı bir aydır ölkə gündəmini məşğul edir. Almaniyanın Xristian Demokratlar (CDU) və Xristian Sosial Birlik (CSU) partiyalarında siyasətçilər arasında fikir ayrılıqları yaranmışdı. Angela Merkel ilə ölkənin daxili işlər naziri Horst Zeehofer arasındakı fikir ayrılıqları bu məsələ ilə bağlı gərgin bir atmosferin yaranmasına səbəb olmuşdu.
Hətta H.Zeehofer A.Merkeldən icazə almamış ölkənin qərb sərhədlərini bağlayacağını söyləmişdi.