Azərbaycanın dost münasibəti bəslədiyi İran işğalçı Ermənistana hərbi texnika göndərdi

2-07-2018, 00:08           

GADTB-nin Mətbuat Mərkəzinin Mikrofonnews saytına istinadən yaydığı məlumata görə, şahidlərin bildirdiyinə əsasən İran sərhəddən Araz çayını keçməklə Ermənistana treylerlərə yüklənmiş və xüsusi mühafizə olunan hərbi texnika göndərdi.

Şahidlərin İran-Ermənistan sərhəddi və Azərbaycanın işğal edilmiş Dağlıq qarabağ ərazisinə yaxın ərazidən verdiyi məlumata görə, son günlər treylerlərə yüklənmiş, bağlı və mühafizə olunan hərbi texnika İran dövləti vasitəsilə işğalçı ermənilərə göndərilmişdir.

Bu hərbi texnikanın Azərbaycanın cəbhələrdə son uğurları və mövqeyinin güclənməsindən sonra İran tərəfindən erməniləri gücləndirmək məqsədilə göndərildiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan dövləti İranın əbədi düşmən xislətini düzgün dəyərləndirmədən İrana dost münasibət bəsləyir. Lakin bu xoş münasibətlərin pik nöqtəsində İran öz Antiazərbaycan xislətinə sadiq ölkə kimi yenə sübut etdi ki, Ermənistanın həyatı üçün əsas şahdamarı rolundan keçmişdə olduğu kimi heç vaxt əl çəkməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru